Medianews.az
Makron Trampın qərarındakı
91 baxış

Makron Trampın qərarındakı dəyişiklikdən danışdı

“ABŞ Prezidenti Donald Tramp G7 sammitindən sonra Ukraynanın perspektivləri ilə bağlı fikrini dəyişib”.

 Medianews.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Tramp sammitə Ukraynanın məğlub olacağını düşünərək gəlmişdi. Lakin o, fikrini dəyişdi”, — deyə o qeyd edib.

Xatırladaq ki, Evian-le-Ben şəhərində keçirilən G7 sammitində Tramp və Zelenski arasında münasibətlərdə əvvəlcə bir qədər soyuq atmosfer müşahidə olunub.

ABŞ Prezidenti Ukrayna lideri ilə nümayişkaranə şəkildə salamlaşmayıb. Bununla belə, Tramp Zelenski ilə görüş keçirdiyini və yaxın zamanda yenidən görüş planlaşdırıldığını da bildirib./ Globalinfo.az

Bizə qoşulun