İngiltərənin "Liverpul" futbol klubu yeni mövsümün transfer çalışmalarına start verib. "Qırmızılar"ın əsas hədəfi hazırda Almaniya Bundesliqasında parlayan gənc istedadlardan biridir.
Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, "Liverpul" rəhbərliyi "Ayntraxt"ın 22 yaşlı sol cinah müdafiəçisi Nataniel Braunu heyətinə qatmaq niyyətindədir. İngiltərə təmsilçisi bu transfer üçün 60 milyon funt sterlinq (137 milyon AZN) xərcləməyə hazırdır.
Məlumata görə, klubun bu addımı atmasına səbəb macarıstanlı müdafiəçi Miloş Kerkezin ümidləri doğrultmamasıdır. Kerkez böyük gözləntilərlə transfer olunsa da, onun qeyri-sabit çıxışı rəhbərliyi yeni axtarışlara sövq edib.