Medianews.az
Livan ordusu pilot zonaya yerləşməyə
93 baxış

Livan ordusu pilot zonaya yerləşməyə başladı

Livan ordusunun bölmələri ölkənin cənubundakı Zövtər əl-Qərbiyyə kəndinə daxil olub.

Bu barədə Livan ordusu məlumat yayıb.

Məlumata görə, hərbçilər İsraillə əldə olunan çərçivə razılaşmasına əsasən ərazidə yerləşdirilib və minalardan təmizləmə işlərinə başlayıblar.

Bildirilib ki, Zövtər əl-Qərbiyyə Livanın cənubunda İsrail qüvvələrinin çıxarılması və Livan ordusunun yerləşdirilməsinin nəzərdə tutulduğu altı “pilot zona”dan biridir./axar.az

Bizə qoşulun