Avropa İttifaqı liderlərinin Belçikadakı “Alden Biesen” qəsrində keçirilən qeyri-rəsmi sammiti zamanı İtaliya Baş naziri Corciya Meloni soyuq hava ilə üzləşib.
Medianews.az xəbər verir ki, o, zirvədən çıxarkən titrəyən halda görüntülənib.
“Çox soyuqdur, öləcəyəm”, - Meloni kameralara gülümsəyərək deyib.
Sammitdə liderlər rəqabət qabiliyyətinin artırılması, daxili bazarın gücləndirilməsi və iqtisadi asılılıqların azaldılması kimi mövzuları müzakirə ediblər. Lakin Belçikadakı sərt soyuq Meloni üçün gözlənilməz olub.
Medianews.az