İran dövlət televiziyası yayımladığı proqramda İsrail Baş naziri Benyamin Netanyahunu da əhatə edən “ölüm siyahısı”nı nümayiş etdirib.
Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, proqram zamanı iranlı aparıcı ivrit dilində “Ölüm vaxtınızı müəyyən edəcəyik, Əbabili gözləyin”, - deyib.
Bu açıqlama ABŞ və İran arasında nüvə danışıqlarının 6 fevralda Omanın paytaxtı Məsqətdə yenidən başlaması ilə üst-üstə düşür. Danışıqlar Vaşinqton və Tehran arasında gərginliyin artdığı və ABŞ-nin bölgədə hərbi mövcudluğunu genişləndirdiyi bir dövrdə aparılıb.
İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani bildirib ki, danışıqlar realist və həddindən artıq tələblərdən azad olarsa, müsbət irəliləyiş əldə edilə bilər.
Eyni zamanda, ABŞ administrasiyası mümkün hücum planlarının bir hissəsi olaraq “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmiləri Yaxın Şərqə göndərib.
