“Ukrayna dünyada BMT-nin rəsmi dilinin qadağan olunduğu yeganə ölkədir”.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Siyasətçi qeyd edib ki, Ukrayna BMT-nin rəsmi dilinin həyatın bütün sahələrində qadağan olunduğu yeganə ölkədir.
Lavrov vurğulayıb ki, Ukraynada milli azlıqların, o cümlədən dil və din hüquqlarına hörmət siyasi güzəştə getməməlidir. O bildirib ki, rusdilli əhalinin və digər milli azlıqların hüquqlarının təmin edilməsi BMT Nizamnaməsinə və Ukrayna Konstitusiyasına uyğun olaraq Kiyevin birbaşa vəzifəsidir.
Medianews.az