Medianews.az
Lavrov: Sülhə gedən yol hələ
130 baxış

Lavrov: Sülhə gedən yol hələ uzundur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ prezidenti Donald Trampın Avropa ölkələri və Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt mövqeyindən eyforiyaya qapılmamalıdır.

Medianews.az xəbər verir ki, Lavrov bu fikirləri NTV telekanalına verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, Ukraynada sülh hələ əldə olunmayıb və mövcud vəziyyətə emosional yanaşmaq düzgün deyil.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Ukrayna məsələsi ilə bağlı danışıqlar davam edir və hələlik hər hansı razılaşma əldə olunmayıb. Onun sözlərinə görə, sülhə gedən yol hələ uzundur.

Medianews.az

Bizə qoşulun