Türkiyəli aktrisa Özgü Namal bu səhər uşaqları ilə birlikdə avtomobil qəzası keçirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbi və Namal ilə uşaqlarının sağlamlıq vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, aktrisanın avtomobili yararsız hala düşüb. Sosial mediada Namalın pərəstişkarları ona dəstək mesajları paylaşıblar.
Qeyd edək ki, Özgü Namal “Kurtlar Vadisi” serialında Elif Eylül rolu ilə tanınıb.