Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması mədəni diplomatiyanın mühüm istiqamətlərindən biri hesab olunur. Bu sahədə əsərlərin xarici dillərə keyfiyyətli tərcüməsi, beynəlxalq kitab sərgilərində fəal iştirak və xarici nəşriyyatlarla əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər sırasındadır. Eyni zamanda, müasir texnologiyalardan istifadə etməklə rəqəmsal platformalarda Azərbaycan müəlliflərinin tanıdılması da xüsusi əhəmiyyət kəsb edir. Bu prosesdə dövlət qurumları ilə yanaşı, ədəbi təşkilatların və fərdi təşəbbüslərin koordinasiyalı fəaliyyəti vacibdir. Azərbaycan ədəbiyyatının qlobal oxucu auditoriyasına çıxışını sürətləndirmək üçün hansı strateji addımlar daha effektiv hesab oluna bilər?
Mövzu ilə bağlı tanınmış yazıçı Elçin Hüseynbəyli Medianews-a açıqlamasında deyib ki, “Azərbaycan Mədəniyyəti – 240” layihəsi və platforması məhz bu məqsədlə yaradılıb.
Onun sözlərinə görə, bu təşəbbüs ölkənin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin sistemli şəkildə tanıdılması üçün mühüm bir addım kimi qiymətləndirilir:
“Mövzu üzrə istiqamətlər və əsas prioritetlər həmin platformada aydın şəkildə öz əksini tapıb. Orada nəzərdə tutulan fəaliyyətlər mədəniyyətin müxtəlif sahələrini əhatə edir. Bu yanaşma həm ənənəvi, həm də müasir istiqamətləri bir araya gətirməyə imkan verir. Layihə çərçivəsində görüləcək işlər mərhələli şəkildə həyata keçirilə bilər. Bu da prosesin daha səmərəli və davamlı olmasına şərait yaradır. Platformanın əsas məqsədlərindən biri mədəni dəyərlərin daha geniş tanıdılmasıdır. Bununla yanaşı, beynəlxalq əlaqələrin gücləndirilməsi də diqqət mərkəzindədir”.
Sonda yazıçı qeyd edib ki, müxtəlif mədəni layihələrin koordinasiyası bu baxımdan vacib rol oynayır:
“Həm dövlət, həm də digər aidiyyəti qurumların iştirakı prosesin effektivliyini artırır. Eyni zamanda, yaradıcı şəxslərin bu prosesə cəlb olunması da mühüm əhəmiyyət daşıyır. Bu cür platformalar mədəniyyətin inkişafına yeni imkanlar açır. Ümumilikdə, belə təşəbbüslər Azərbaycanın mədəni potensialının daha geniş miqyasda təqdim olunmasına xidmət edir. Yetər ki, əsərlərin seçilməsi və qiymətləndirilməsi üzrə ekspertlər obyektiv, cəmiyyətdə tanınmış adamlar tətəfindən müəyyən edilsin”.
Oğuz Ayvaz
Medianews.az