Medianews.az
"Kürd kartı" boşa çıxdı -
172 baxış

"Kürd kartı" boşa çıxdı - SƏBƏB

ABŞ-nin İrana qarşı kürd separatçılarından istifadə etmək planı baş tutmadı. Separatçılar gündə bir xəyala düşən Trampa güvənməyib onun təklifini geri çeviriblər. Tramp da ürəyində “canınız cəhənnəmə” deyib onlardan istifadə etmək fikrindən vaz keçib və təyyarəsinə minib Florida ştatına yollanıb.

Təyyarədə Trampı yaxalayan jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti onlara belə deyib: "Biz kürdlərlə çox dostluq edirik, amma müharibəni indikindən daha mürəkkəb etmək istəmirik. Mən kürdlərin ora getməsini istəməməyimə qərar verdim".

"Bəs, sizcə, İrana hücumlar bitdikdən sonra bu ölkənin xəritəsi eyni qalacaqmı?" sualına da Trampın cavabı maraqlı olub: "Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox".

Donald Tramp ertəsi gün "The Times of Israel" qəzetinə telefonla verdiyi açıqlamada çarəsizliyini növbəti dəfə gizlətməyib. O bildirib ki, İranla müharibənin nə vaxt bitməsi İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə verəcəkləri qərardan asılı olacaq. Yəni buna mən yox, Netanyahu qərar verəcək.

Bir sözlə, Tramp dərin bir qeyri-müəyyənlik içərisindədir. Görünən budur ki, o, hətta müharibəni belə bitirə bilər. Amma Netanyahu hələlik buna razı deyil.

Bəs Trampla Netanyahu niyə bu cür qeyri-müəyyən duruma düşüb? Çünki Urmunu Kürdsütan etməyə çalışdılar, urmulular isə buna yox dedi. ABŞ və İsrailin proksiləri kimi fəaliyyət göstərməyə çalışan kürd separatçıları da bir tərəfdən İranın, digər tərəfdən Türkiyə və Azərbaycanın arasında sıxışıb qalmağın onlar üçün heç də nə vəd etmədiyini anlayıb Trampı yalnız qoydular. Tramp isə öz növbəsində on minlərlə ABŞ əsgərlərini bu cəhənnəm üçbucağına göndərib həlak etmək istəmədi.

Heydər Oğuz

Bizə qoşulun