Norveç xalqı DÇ- 2026-dan qayıdan milli komandanı möhtəşəm bir şəkildə qarşılayıb.
Bu barədə NRK məlumat yayıb.
Osloda Kral Sarayının qarşısında təxminən 100.000 azarkeş toplaşıb. Oyunçuları və məşqçi heyətini əvvəlcə saray divarları arxasında Norveç Kralı V Harald, Şahzadə Haakon və kral ailəsinin digər üzvləri qarsalayıblar.
Bundan sonra komanda üzvləri eyvana çıxıblar və izdiham onları ayaq üstə alqışlayıb.
Oyunçular, kral ailəsi və təxminən 100.000 nəfərlik izdihamla birlikdə avarçəkmə üzrə ənənəvi Norveç azarkeş ritualını ifa ediblər.
Bundan sonra komanda açıq ikimərtəbəli avtobusla paytaxt küçələrində parada çıxıb.
Qeyd etmək lazımdır ki, ABŞ-dan evə qayıdarkən Norveç komandasını gətirən təyyarəni döyüş təyyarələri şərəf müşayiəti ilə təqib ediblər.
Norveçin 28 ildən sonra Dünya Kubokunda iştirak edib. Komanda 1/4 finala yüksəlib və dramatik oyunda İngiltərəyə 1-2 hesabı ilə məğlub olub./axar.az