Medianews.az
Köp yaradan
48 baxış

Köp yaradan QİDALAR

Qastroenteroloq Anastasiya Andrianova mədə-bağırsaq sistemində qaz yaranmasına səbəb olan qidaları açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, mərci, noxud, soya, armud, ərik, şaftalı, alma, gül kələmi, brüssel kələmi, soğan, və badımcan kimi məhsullar köp yaranmasını artıra bilər.

Bundan əlavə, süni şirinləşdiricilər olan şirniyyatlar, şokolad və peçenyelər, eləcə də süd məhsulları (süd, kefir, yoqurt, kəsmik) də qaz əmələ gəlməsinə səbəb ola bilər.

Həkim həmçinin qazlı içkilər və alkoqolun da bağırsaqlarda qaz toplanmasını gücləndirdiyini bildirib. Yağlı qidaların isə həzmi yavaşladaraq qarında şişkinlik hissi yaratdığı qeyd olunub.

Medianews.az

Bizə qoşulun