Medianews.az
Köçəryan: “Rusiyanı qəzəbləndirməyin”
84 baxış

Köçəryan: “Rusiyanı qəzəbləndirməyin”

Ermənistanda revanşist düşərgənin əsas simalarından olan sabiq prezident Robert Köçəryan növbəti dəfə açıq şəkildə Moskvanın mövqeyindən çıxış edən açıqlamalar verib.

Baş nazirliyə namizəd kimi seçki kampaniyası aparan Köçəryan Martuni şəhərində seçicilərlə görüşündə Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri korlamaqda ittiham edib.

“Rusiya böyük və səbrli dövlətdir. Amma elə bir xətt var ki, ondan sonra bağışlamır”, - deyə Robert Köçəryan qeyd edib.

Köçəryan iddia edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə münasibətlərinin pisləşməsi onun üçün ağır nəticələr yarada bilər./Musavat.com 

Bizə qoşulun