Medianews.az
Kirayə statistikası:
406 baxış

Kirayə statistikası: Avropada əhalinin neçə faizinin evi yoxdur?

Cəmiyyətimizdə belə bir fikir var ki, Avropa ölkələrində əhalinin bir çoxunun öz evi yoxdur və onlar daha çox kirayədə yaşamağa üstünlük verirlər. Bu fikirdə müəyyən həqiqət payı var.

Məsələn, Eurostatın 2024-cü il üzrə məlumatına görə, Almaniyada əhalinin 53%-i, Avstriyada 46%-i, Danimarkada 39%-i kirayədə yaşayır.

Ancaq digər ölkələrdə, xüsusilə də postsosialist ölkələrində bu göstərici daha aşağıdır. Rumıniya (94%), Slovakiya (93%), Macarıstan (92%), Xorvatiya (91%) kimi ölkələrdə əhali yaşadıqların evin mülkiyyətçisi olmasına üstünlük verir.

Avropa Birliyi ölkələrində əhalinin ortalama 2/3-si (68%) fərdi evə sahibdirlər.

Bir sıra ölkələrdə kirayə yaşayışın yüksək olmasının bir səbəbləri var. Bura evlərin qiymətinin baha olması, ipoteka krediti götürmək istəyən əhalinin ilkin ödənişi ödəmək qabiliyyətinin olmaması, kirayə müqavilələrinin uzunmüddətli olması və kirayədə qalanın istənilən vaxt evdən çıxartmağın çətinliyi və iri şəhərlərdə işə yaxın məkanlarda yaşamaq arzusu daxildir.

Samir Əliyev,
iqtisadçı

Bizə qoşulun