Medianews.az
Kimlər üçün alkoqol
83 baxış

Kimlər üçün alkoqol daha təhlükəlidir?

Koloproktoloq Danilo Munyos hemorroy (babasil) xəstələrinə alkoqollu içkilərdən uzaq durmağı tövsiyə edib.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, alkoqol orqanizmdə susuzlaşmaya səbəb olur ki, bu da bağırsaqların fəaliyyətini çətinləşdirir.

Nəticədə defekasiya zamanı anal nahiyədəki qan damarlarına təzyiq artır və xəstəliyin kəskinləşmə riski yüksəlir.

Mütəxəssis bildirib ki, alkoqol istifadəsi hemorroyu olan insanlarda yanma, ağrı, şişkinlik və hətta qanaxma kimi əlamətlərin yaranmasına və ya güclənməsinə səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun