Kanada Yaxın Şərqdə mümkün hərbi əməliyyatlarda iştirak ehtimalını istisna etmir.
Medianews.az xəbər verir ki, bu haqda Kanadanın baş naziri Mark Karni danışıb.
Onun sözlərinə görə, regiondakı münaqişə geniş ərazilərə yayıla bilər. Belə bir vəziyyətdə Kanada müdafiə xarakterli addım atıb əməliyyatlara qoşula bilər.
Karni həmçinin qeyd edib ki, ABŞ və İsrailin bəzi hücum addımları Kanada və digər müttəfiqlərlə məsləhətləşmədən atılıb.
Baş nazir vurğulayıb ki, Kanada hər zaman öz vətəndaşlarını və müttəfiqlərini qorumağa hazırdır.
Medianews.az