Medianews.az
"Karabiberim" illər sonra üzə çıxdı -
114 baxış

"Karabiberim" illər sonra üzə çıxdı - FOTO

Türkiyənin populyar müğənnisi Sərdar Ortaçın "Karabiberim" mahnısının klipində oynayan İlknur Soydaş 31 il sonra danışıb.

Medianews.az xəbər verir ki, İstanbulda jurnalistlərin kameralarına tuş gələn Soydaş ötən əsrin sonlarına ekskursiya edib. O, məşhur "Karabiberim" mahnısının 1994-cü ildə çəkildiyini xatırladıb: "Həmin vaxt 17 yaşım vardı. Aradan 31 il keçib. İndi 48 yaşım var. Hələ də insanlar kuçədə-bazarda qarşılaşanda mənə "Karabiberim" deyirlər. Açığı, bu çox xoşuma gəlir".

İlknur Soydaş Sərdar Ortaçla küsülü olduğuna dair iddiaların doğru olmadığını bildirib: "Doğru deyil. Biz uzun illər əvvəl bir layihədə işləmişik. Sadəcə olaraq, indi əlaqəmiz yoxdur".

Soydaş illər sonra bir sirri açıb. O, klipdəki zeytunluq səhnəsi çəkilərkən Sərdar Ortaçın və rejissorun onu aldatdığını vurğulayıb: "Əslində, belə daha yaxşı oldu. Təbii alındı".

Bizə qoşulun