Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və İran arasında əldə olunan atəşkəsi Yaxın Şərqdə gərginliyin azalması üçün mühüm addım adlandırıb.
Medianews.az-ın məlumatına görə, o, sosial şəbəkədə yazıb ki, razılaşma raket hücumlarının dayandırılması, dəniz daşımalarının bərpası və diplomatiya üçün yeni imkanlar açır.
Kallas həmçinin Hörmüz boğazının yenidən açılmasının vacibliyini vurğulayıb və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Daraza bu atəşkəsin əldə olunmasına verdiyi dəstəyə görə təşəkkür edib.
Medianews.az