Aprelin 22-də Rusiyanın təbii sərvətlər və ətraf mühit nazirinin müavini vəzifəsindən istefa vermiş Denis Butsayev barəsində axtarış elan edilib.
Medianews.az xəbər verir ki, axtarış qərarı mayın 13-də çıxarılıb. Denis Butsayevin adı Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yerləşdirilib. Lakin rəsmi bazada konkret ittiham göstərilməyib.
Rusiya mediasının məlumatına görə, Denis Butsayev dövlət vəsaitlərinin mənimsənməsində şübhəli bilinir.
Butsayev 2025-ci ildə nazir müavini təyin edilənə qədər “Rusiya Ekoloji Operatoru” şirkətinin baş direktoru işləyib. Bu dövlət şirkəti tullantıların idarə olunması sahəsində islahatları həyata keçirmək məqsədilə 2019-cu ildə yaradılıb. Denis Butsayevə qarşı cinayət işinin şirkətdəki fəaliyyəti ilə bağlı olduğu deyilir.
1977-ci il təvəllüdlü Denis Butsayev apreldə vəzifədən çıxan kimi ölkəni tərk edib. Onun hazırda ABŞ-də olduğu güman edilir.