İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirin Rusiya XİN-ə RT-nin jurnalisti Stiv Suininin Livanın cənubunda İsrail atəşi nəticəsində yaralanması ilə əlaqədar çağırıldığı bildirilib.
Qeyd edək ki, dünən RT-nin Livan bürosunun rəhbəri Stiv Suini və onun operatorunun efir zamanı raket hücumuna məruz qaldığının görüntüləri yayılıb.
Görüntüdə raketin jurnalistdən bir neçə metr aralıya düşdüyü əks olunub./axar.az