Medianews.az
İsrail rəsmisindən "Barselona" ulduzuna
129 baxış

İsrail rəsmisindən "Barselona" ulduzuna sərt reaksiya

İsrailin müdafiə naziri İsrael Kats “Barselona”nın gənc futbolçusu Lamin Yamalı çempionluğu qeyd etdikləri zaman Fələstin bayrağını qaldırdığı üçün tənqid edib.

Medianews.az xəbər verir ki, bununla bağlı nazir sosial şəbəkə hesabında paylaşım edib.  

Paylaşımda Yamalın bu addımının “İsrailə qarşı nifrəti təşviq etdiyi” iddia olunub. Nazir “Barselona” klubunu da mövzu ilə bağlı mövqe bildirməyə çağırıb.

Xatırladaq ki, 18 yaşlı futbolçu Lamin Yamal 11 may tarixində komandasının çempionluq mərasimində Fələstin bayrağı ilə görüntülənmişdi.

Medianews.az

 

Bizə qoşulun