Medianews.az
İsrail ordusu Suriya sərhədindəki
127 baxış

İsrail ordusu Suriya sərhədindəki bufer zonadan çıxmayacaq

"İsrail ordusu Suriya sərhədindəki təhlükəsizlik zonasından çıxmayacaq".

Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz sosial şəbəkədəki paylaşımında bildirib.

Nazir qeyd edib ki, İsrail Müdafiə Ordusunun (IDF) bölmələri Hərmon dağının Suriya tərəfi də daxil olmaqla, təhlükəsizlik zonasındakı mövqelərdə qalmağa davam edəcək:

“İsrail ordusu Hərmon dağının zirvəsində və Suriya sərhədi boyunca təhlükəsizlik zonasına nəzarəti davam etdirəcək”.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu Suriya ərazisinin cənub hissəsində yerləşən bufer zonaya daxil olub və bölgəyə nəzarəti ələ keçirib.

İsrail hərbçiləri həmçinin Qolan yüksəkliklərinin Suriya tərəfi olan Hərmon dağında mövqelərini gücləndirib.

Bizə qoşulun