İsrail ordusu Livanın paytaxtı Beyrutun cənub ətrafında yaşayan sakinləri yenidən ərazini tərk etməyə çağırıb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adraee sosial şəbəkədə paylaşım edib.
O, Beyrutun cənub ətrafı sakinlərinə müraciət edərək İsrail ordusunun daha əvvəl yayımladığı təxliyə marşrutlarına uyğun şəkildə evlərini tərk etməyə çağırıb.
Adraee bildirib ki, İsrail ordusu Hizbullah hərəkatının fəaliyyətlərini maliyyələşdirməkdə iştirak etdiyini iddia etdiyi “Əl-Qard əl-Həsən” maliyyə assosiasiyasına məxsus binalara qarşı hücumlar planlaşdırır.
“Cənub ətrafı sakinlərini dərc etdiyimiz təxliyə marşrutlarına uyğun olaraq evlərini tərk etməyə çağırıram. Ərazidə qalmaq həyatınızı təhlükəyə atır”, - deyə o vurğulayıb.