Medianews.az
İspaniyalı alimlər insan böyrəklərini
318 baxış

İspaniyalı alimlər insan böyrəklərini donuza köçürüblər

İspaniyada insan böyrəkləri donuzlara implantasiya edilib. Transplantasiya uğurlu olub və orqanlar bitişib.

Oxu.Az bu barədə glavny.tv-yə istinadən məlumat verir.

Qeyd olunub ki, İspaniyanın Kataloniya Biomühəndislik İnstitutu insan orqanlarının miniatür analoqları şəklində orqanoidlər yaratmaq üçün xüsusi bir metod hazırlayıb. Bu kəşf biomaterialların funksiyalarını qorumaq üçün böyrəklərə implantasiya edilməsinə imkan verəcək.

Alimlər insan böyrək analoqlarının donuzun bədəninə implantasiyası üçün şərait yaradıblar.

Tədqiqat nəticəsində orqanoidlər uyğunlaşıb və orqanizmin rəddetmə reaksiyalarına səbəb olmayıb. Heyvanın daxili orqanları əvvəlki rejimdə fasiləsiz normal fəaliyyət göstərib.

Bizə qoşulun