Medianews.az
İslam Rzayevin həbs müddəti
40 baxış

İslam Rzayevin həbs müddəti uzadıldı

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev barəsində daha bir qərar verilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işi üzrə ibtidai istintaqın uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Vəsatətdə təqsirləndirilən şəxsin həbsinin davamının zəruri olduğu vurğulanıb.

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayıb. Qərara əsasən, İslam Rzayevin həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, DTX 2025-ci ilin oktyabrında Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı külli miqdarda mənimsəmə və təkrar rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bizə qoşulun