İspaniya sahillərində doqquz metr uzunluğunda finval balina tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Valensiya şəhərində baş verib.
6,5 tonluq balina kranla körpüyə aparılıb və baytarlar tərəfindən yoxlanılıb. Ölümə səbəb ola biləcək gəmilərlə toqquşma kimi xəsarətlər aşkar edilməyib.
Balinadan nümunələr götürülərək San Paolo Universiteti və Madrid Komplutense Universiteti göndərilib, ölüm səbəbi araşdırılır. Cəsəd daha sonra yandırılmaq üçün zavora aparılıb.
Finval balina mavi balinadan sonra dünyanın ikinci ən böyük balinasıdır və uzunluğu 27 metrə qədər çatır. Bu növ bütün okeanlarda yaşayır, sahil sularından uzaq durmağa üstünlük verir və hazırda nəsli kəsilmək təhlükəsi altındadır.
Medianews.az
