ABŞ prezidenti Donald Tramp ölkəsinin qələbələri ilə bağlı istehzalı bir açıqlama verib.
Medianews.az xəbər verir ki, Ağ Ev rəhbəri bu açıqlamanı TruthSocial sosial şəbəkəsində paylaşıb.
ABŞ lideri paylaşımda yazıb: "Biz çox tez-tez qalib gəlirik, bu, sadəcə ədalətsizdir!".
Güman edilir ki, Trampın bu qeydi yazmasının səbəbi Amerika xokkey komandasının dünən İtaliyada başa çatan 2026-cı il Olimpiya Oyunlarında qızıl medal qazanması olub. Amerikalılar Kanada idmançılarını məğlub ediblər.
Medianews.az