“İsrail ABŞ-ın icazə olmadan İrana hücum edə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
“Təcrübə göstərir ki, İsrail rejiminin atdığı addımlar mütləq ABŞ-ın razılığı və əməkdaşlığı ilə həyata keçirilir. Buna görə də, təcavüz halında İran onları etdiklərinə görə peşman edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 26-da Vaşinqton böyük bir qoşunun İrana doğru irəlilədiyini elan etmişdi.
Amerika tərəfi Tehranın danışıqlar masasına oturub “ədalətli və bərabər” bir anlaşmaya razı olacağına və nəticədə nüvə silahlarından imtina etməli olacağına ümid etdiyini bildirmişdi.