Medianews.az
Görünüşü ilə qatıldığı verilişə damğa vurdu -
56 baxış

Görünüşü ilə qatıldığı verilişə damğa vurdu - VİDEO

TikTok-da tanış olduğu bir şəxs tərəfindən evlilik vədi ilə aldadıldığını iddia edən gənc qadın, yaşadıqlarını ictimailəşdirmək üçün Didem Arslan Yılmazın aparıcılığı ilə yayımlanan verilişə qatılıb.

Medianews.az xəbər verir ki, qadın sosial şəbəkə üzərindən qurduğu münasibətin sonradan maddi itki ilə nəticələndiyini bildirib və qarşı tərəfin ona evlilik vədi verdiyini iddia edib.

O, yaşadığı hadisə ilə bağlı hüquqi və ictimai dəstək almaq məqsədilə canlı yayımda kömək istəyib.

Veriliş zamanı gənc qadının demək olar ki, bütün üzünü örtən qara döymələri həm studiyadakıları, həm də ekran qarşısındakı izləyiciləri təəccübləndirib. Onun qeyri-adi görünüşü sosial mediada qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Döymələri ilə bağlı sualları cavablandıran qadın onların xüsusi bir mənası olmadığını bildirib. 

Sözügedən görüntüləri təqdim edirik.

Medianews.az

Bizə qoşulun