Medianews.az
Nepalda avtobus dağ yolundan aşdı –
107 baxış

Nepalda avtobus dağ yolundan aşdı – Ölənlər var

Nepalda sərnişin avtobusunun yüksək dağlıq yoldan dərəyə aşması nəticəsində azı 12 nəfər həlak olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, avtobus 50 metr hündürlükdən Tamakoşi çayının üzərinə aşıb.

Xilasedicilər artıq çaydan altı meyit çıxarıblar. Zərərçəkənlərdən altısı isə xəstəxanada ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Bizə qoşulun