Türkiyənin Muğla vilayətində sosial şəbəkədə hicab geydirilmiş donuz təsviri paylaşan diyetoloq Onur Kılınç barəsində həbs qərarı verilib.
Medianews.az xəbər verir ki, süni intellektlə hazırlanmış görüntünün paylaşılması ictimai narazılığa səbəb olub.
Diyetoloq sözügedən vizualı sosial media hesabında paylaşaraq bunu süni intellektin yaradıcılığı ilə əlaqələndirib. Paylaşımdan sonra Muğla prokurorluğu araşdırma başladıb.
İstintaq çərçivəsində Kılınç evində saxlanılıb, aparılan axtarış zamanı noutbuk və iki mobil telefon götürülüb. O, ilkin mərhələdə ölkədən çıxış qadağası ilə məhkəmə nəzarəti altına buraxılsa da, prokurorluğun etirazından sonra yenidən saxlanılıb.
Daha sonra məhkəməyə çıxarılan Onur Kılınç barəsində həbs qətimkan tədbiri seçilib.
Medianews.az
