Medianews.az
Danla Biliçin keçmiş sevgilisinə
93 baxış

Danla Biliçin keçmiş sevgilisinə həbs cəzası verildi

Sosial media fenomeni Danla Biliç kimi tanınan Damla Aktepeni döyən keçmiş sevgilisi Berk Çetin barəsində məhkəmə qərarı açıqlanıb.

Medianews.az xəbər verir ki, İstanbul 29-cu Asliye Cəza Məhkəməsi Berk Çetini “qadına qarşı qəsdən yüngül xəsarət yetirmə” maddəsi ilə 5 ay həbs cəzasına məhkum edib. Daha sonra məhkəmə hökmün icrasını təxirə salıb.

İttihama görə, Berk Çetin Eyüpsultandakı idman klubunun restoranında Aktepeyı döyüb və daha əvvəl də ona qarşı zorakılıq tətbiq edib. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədə əməlindən peşman olduğunu bildirib.

İstintaq materiallarında hadisə yerinin kamera görüntülərinə əsasən Çetinin Aktepenin baş və üz nahiyəsinə zərbələr endirdiyi qeyd olunub. Uzlaşdırma cəhdi edilsə də, tərəflər arasında razılaşma əldə olunmayıb.

Prokurorluq Berk Çetin üçün 9 aydan 1 il 6 aya qədər həbs cəzası tələb etmişdi. Məhkəmə yekunda 5 aylıq həbs hökmü çıxarıb və hökmün açıqlanmasının geri saxlanılmasına qərar verib.

Medianews.az

Bizə qoşulun