Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Medianews.az APA-ya istinadla xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Həsən Məmmədov 8 il müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2023-cü il ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin rəisi Həsən Məmmədov sərəncama götürülüb.
Onun barəsində cinayət işi açılıb və ev dustaqlığı qətimkan tədbiri seçilib.