Medianews.az
ŞOK GÖRÜNTÜLƏR: Əqli qüsurlu kişini ayağından asdılar -
52 baxış

ŞOK GÖRÜNTÜLƏR: Əqli qüsurlu kişini ayağından asdılar - VİDEO

Ankarada əqli qüsurlu olduğu bildirilən şəxsə qarşı törədilən zorakılıq faktı cəmiyyətdə ciddi etiraz doğurub.

Medianews.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə həmin şəxsin ayağından krana bağlandığı və hadisənin lentə alındığı əks olunub.

Məsələ ilə bağlı Ankara İl Emniyet Müdürlüğü araşdırmaya başlayıb. Rəsmi açıqlamaya görə, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları hadisənin baş verdiyi iş yerini müəyyənləşdirərək əməliyyat keçiriblər. Araşdırma zamanı zərərçəkmiş M.S.-nin həmin iş yerində müxtəlif tapşırıqları yerinə yetirdiyi məlum olub.

Hadisəni lentə alaraq sosial mediada paylaşdıqları müəyyən edilən K.B., M.Ş. və N.A. saxlanılıb. Eyni zamanda, hadisədən xəbərdar olduğu halda müdaxilə etmədiyi bildirilən iş yeri sahibi B.Ç. də nəzarətə götürülüb.

Şübhəlilərin polis bölməsində ifadələri alındıqdan sonra müvafiq prosedurlar tamamlanaraq ədliyyə orqanlarına təhvil veriləcəyi bildirilib.

İctimaiyyət isə sosial şəbəkələrdə hadisəyə sərt reaksiya verərək məsul şəxslərin qanun qarşısında ən ağır şəkildə cəzalandırılmasını tələb edir.

Medianews.az

Bizə qoşulun