ABŞ İrana silah tədarük edən istənilən ölkəyə dərhal tarif tətbiq edəcək.
Bu barədə ölkə prezidenti Donald Tramp “Truth Social”da yazıb:
“İrana silah tədarük edən istənilən ölkənin ABŞ-a satılan bütün mallarına 50 faiz həcmində rüsum qoyulacaq və bu qərar dərhal qüvvəyə minəcək. Heç bir istisna və ya güzəşt olmayacaq”./lent.az