Medianews.az
“İran təzyiqi davam etdirsə, bir neçə günə qalib gələ bilər” -
268 baxış

“İran təzyiqi davam etdirsə, bir neçə günə qalib gələ bilər” - Duqin

Rusiyalı siyasi analitik və filosof Aleksandr Duqin İranla ABŞ-İsrail xəttində artan gərginliklə bağlı açıqlama verib.

Medianews.az xəbər verir ki, Duqin münaqişənin nəticəsi yaxın günlərdə müəyyənləşəcəyini deyib.

Duqinin sözlərinə görə, müharibənin taleyini müəyyən edən əsas amil İranın mövcud hərbi təzyiqi davam etdirib-etdirməməsi olacaq. O hesab edir ki, Tehran bu təzyiqi qoruya bilsə, müharibədə üstünlük əldə edə bilər.

Analitik həmçinin İranın ABŞ ilə danışıqlara getməmək qərarını strateji addım kimi qiymətləndirib. Onun fikrincə, Tehran Vaşinqtonla danışıqlara başlamazdan əvvəl hərbi müqaviməti davam etdirməyə çalışır.

Duqin daha əvvəl də Yaxın Şərqdəki gərginliyin qlobal böhrana çevrilə biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, İranın zəifləməsi regiondakı digər ölkələrlə yanaşı Rusiyaya da təsir göstərə bilər.

Ekspertlər isə ABŞ və İran arasında artan hərbi gərginliyin Yaxın Şərqdə daha geniş münaqişə riskini artırdığını və bunun qlobal siyasi balanslara təsir edə biləcəyini qeyd edirlər.

Medianews.az

 

Bizə qoşulun