Medianews.az
İran, Rusiya, ABŞ… -
60 baxış

İran, Rusiya, ABŞ… - Jirinovskidən daha bir proqnozu

LDPR-in qurucusu Vladimir Jirinovskinin İrandakı vəziyyət və Rusiya-ABŞ danışıqları ilə bağlı proqnozu aşkar edilib.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, siyasətçinin görüntüləri jurnalist Ruslan Ostaşko tərəfindən Telegram-da yerləşdirilib.

Görüntülərdə Jirinovski Rusiya siyasi tok-şousunda İrana hücum ediləcəyini və bundan sonra Rusiya və ABŞ-nin dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını bildirib.

Jirinovski dərc olunmuş videoda deyir: "Onlar zərbə endirəcəklər — Amerika gəmiləri artıq İran sahillərinə doğru hərəkət edir, siz bunu görmürsünüz. İrana zərbə endirildikdən sonra milyonlarla qaçqın olacaq və sonra prezidentimiz və Amerika prezidenti Soçidə oturub razılığa gələcəklər – Yalta əvəzinə, Soçi olacaq".

Medianews.az

Bizə qoşulun