Medianews.az
Ölüm sayı gündən-günə artır –
71 baxış

Ölüm sayı gündən-günə artır – Bu ölkədə

İtaliyanın 12.000 nəfərin yaşadığı Kastilyon Fiorentino kommunasında 2026-cı ilin əvvəlindən bəri ən azı 14 ölüm hadisəsi qeydə alınıb. Bu da COVID-19 pandemiyası dövründə belə görünməmiş statistikadır.

Medianews.azCorriere Fiorentino” qəzetinə istinadən xəbər verir ki, bunu kommunanın meri meri Mario Anelli açıqlayıb.

Nəşr qeyd edir ki, olanlar, 2025-ci ilin bütün ili üçün baş verən 133 ölüm hadisəsinin 10 faizindən çoxudur.

Anellinin sözlərinə görə, ərazidəki bütün kilsələr, ibadətgahlar və qəbiristanlıqlar həddindən artıq doludur. O, pandemiya dövründə belə bunun heç vaxt baş vermədiyini və bunun səbəblərindən xəbərsiz olduğunu bildirib.

Gərginliyə baxmayaraq, mütəxəssislər ölüm hallarının artmasını mövsümi xəstəliklər, yaş və xərçənglə əlaqələndirirlər. Bu da bəzi yerli sakinlərin ölümünə səbəb olub.

Medianews.az

Bizə qoşulun