Medianews.az
“Avroviziya 2026”:
156 baxış

“Avroviziya 2026”: yarımfinal heyətləri, finalçılar

Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal heyətləri bəlli olub.

Medianews.az siyahını təqdim edir:

birinci yarımfinal (12 may) - Belçika, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, Litva, Moldova, Monteneqro, Polşa, Portuqaliya, San Marino, Serbiya, Yunanıstan;

ikinci yarımfinal (14 may) - Albaniya, Avstraliya, Azərbaycan, Bolqarıstan, Çexiya, Danimarka, Ermənistan, İsveçrə, İtaliya, Kipr, Latviya, Lüksemburq, Malta, Norveç, Rumıniya, Ukrayna.

Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya yarışa finalda (16 may) qoşulacaq.

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Medianews.az

Bizə qoşulun