Medianews.az
Hindistanda faciə:
63 baxış

Hindistanda faciə: 17 nəfər filin qurbanı oldu

Hindistanın Çaybasa meşəsində vəhşi fil 17 nəfərin ölümünə səbəb olub.

Medianews.az xəbər verir ki, heyvanın hücumları 1 yanvarda başlayıb.

Adətən gecələr kəndlərə girir və insanlara hücum edir.

6 yanvarda Babadiya kəndinin yeddi sakin, o cümlədən iki uşaq filin qurbanı olub. 9 yanvarda isə fil 40 yaşlı bir kişini və başqa bir uşağı öldürüb.

Şahidlərin sözlərinə görə, aqressiv heyvanın yalnız bir dişi var. Bu detala baxmayaraq, meşə təsərrüfatı rəsmiləri fili müəyyən edə bilmirlər. Onlar dronlardan istifadə edərək meşədə fili izləməyə çalışırlar, lakin hələlik heç bir nəticə əldə etməyiblər.

Medianews.az

Bizə qoşulun