Respublikaçı ABŞ senatoru Lindsi Qraham prezident Donald Trampı İranın Ali Lideri Ayətullah Əli Xameneini aradan qaldırmağı çağırıb.
Medianews.az xəbər verir ki, o, bu açıqlamanı Fox News -da verib.
İslam Respublikasında baş verən etirazlara münasibət bildirən senator Xameneini "getməli olan dəhşətli adam" adlandırıb.
O, həmçinin Trampı İran xalqına verdiyi dəstəyə görə tərifləyib. Qeyd edib ki, o, etirazçılara ilham verəcək və ölkə hakimiyyətini qorxudacaq tədbirlər görməlidir: "Cənab Prezident, mən sizin yerinizdə olsaydım, insanları öldürənləri öldürərdim. Siz buna son qoymalısınız".
Medianews.az