Medianews.az
İran polisi dörd nəfəri öldürdü
83 baxış

İran polisi dörd nəfəri öldürdü

İran polisi Simnan əyalətinin Şahrud səhrasında dörd etnik bəluca atəş açaraq öldürüb.

Bu haqda Simnanın polis rəisi Seyyid Musa Hüseyni bildirib.

Onun sözlərinə görə, minik avtomobilində olan 3 nəfər və motosikletli bir nəfərə “dayan” əmri verilsə də, onlar əmrə tabe olmadıqları üçün atəş açılıb, nəticədə dörd nəfərin hamısı yerindəcə həlak olub.

Polis rəisinin sözlərinə görə, 21 yaşlı Cəmşid Əlizehi, 45 yaşlı Əbdülrəhman Qəmbərzehi, 39 yaşlı Təyyib Qəmbərzehi və 51 yaşlı Eydu Qəmbərzehi narkotik qaçaqmalçısı olublar.

Onların avtomobil və motosikletindən 285 kq narkotik maddə aşkarlandığı bildirilib./axar.az

Bizə qoşulun