Medianews.az
İran bir qırıcı, “Hizbullah” 5 tank vurdu
107 baxış

İran bir qırıcı, “Hizbullah” 5 tank vurdu

Daha bir Amerika F-15 qırıcı təyyarəsi İran ordusunun hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bu barədə "Pars Today" məlumat yayıb.

Bildirilir ki, “Hizbullah”ın beş “Merkava” tankını da məhv etdiyi bildirilir.

"Livanın cənubundakı “Əl-Mayadin TV” müxbiri bildirib ki, İslam Müqaviməti döyüşçüləri bu səhər “Kornet” raketlərindən birbaşa zərbələr endirərək İsrail ordusunun beş tankını vurublar", - deyə məlumatda qeyd olunur.

Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücumun başladığını elan edib və Cənubi Livana daxil olub./publika.az

Bizə qoşulun