Medianews.az
İngiltərə Dünya çempionatında qol vurmamaq sayında
92 baxış

İngiltərə Dünya çempionatında qol vurmamaq sayında lider oldu

Qana ilə sensasiyalı 0:0 hesablı heç-heçə İngiltərəyə Dünya çempionatında yeni rekord müəyyənləşdirməyə imkan verib.

Medianews.az-ın lent.az-a istinadən xəbərinə görə, bu oyun "üç aslan"ın Dünya çempionatında 23-cü heç-heçəsi olub ki, bu da turnir tarixindəki digər komandalardan daha çoxdur.

Həmçinin qeyd etmək lazımdır ki, bu heç-heçələrdən 13-ü qolsuz başa çatıb ki, bu da Dünya çempionatı komandası üçün bütün zamanların rekordudur.

Xatırladaq ki, heç-heçəyə baxmayaraq, İngiltərə qrupda liderliyini qoruyub saxlayaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Bizə qoşulun