Medianews.az
İlon Maskın atası:
103 baxış

İlon Maskın atası: “Ukraynaya 50 ailə rəhbərlik edir”

Amerikalı iş adamı İlon Maskın atası, Errol Mask Ukrayna ilə bağlı mübahisəli açıqlama verib.

Medianews.az xəbər verir ki, o, ölkəyə xalqın deyil, 50 ailənin rəhbərlik etdiyini bildirib.

“Ukraynadan olan insanlar mənə deyirlər ki, ölkəni 50 ailə idarə edir. Onlar bütün ölkəyə nəzarət edirlər. Biz baş verənlərə heç bir təsir göstərə bilmirik”, – deyə Errol Mask vurğulayıb.

Mask həmçinin Rusiya Prezidenti Vladimir Putin barədə də danışıb. Onun sözlərinə görə, Putin xoş insan təsiri bağışlayır və güclü enerji ilə seçilir.

Bu açıqlamalar beynəlxalq mediada geniş rezonans doğurub.

Medianews.az

Bizə qoşulun