Medianews.az
İlk dəfə: Ukrayna robotları rus ordusunun mövqeyini ələ keçirib
149 baxış

İlk dəfə: Ukrayna robotları rus ordusunun mövqeyini ələ keçirib

Dörd ildən çoxdur davam edən müharibə tarixində ilk dəfə olaraq Ukrayna robotları piyadaların iştirakı olmadan Rusiya ordusunun mövqeyini ələ keçirib.

Medianews.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Zelenskinin sözlərinə görə, əməliyyat yerüstü robotlaşdırılmış komplekslər və dronlar vasitəsilə həyata keçirilib, işğalçılar isə təslim olmaq məcburiyyətində qalıblar.

Ötən il ABŞ-nin “Vaşinqton Post” qəzeti də bənzər əməliyyat barədə məlumat yaymışdı. Qəzet qeyd etmişdi ki, əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadası reallaşdırıb. Bundan əlavə, cəbhədə Ukraynaya məxsus yerüstü dronun ay yarım ərzində piyadaların əvəzinə hərbi mövqeni qoruması halının da qeydə alındığı vurğulanmışdı.

Medianews.az

Bizə qoşulun