Medianews.az
“İki-üç dövlət çıxıb bunu etsəydi, müharibə çoxdan bitmişdi”
472 baxış

“İki-üç dövlət çıxıb bunu etsəydi, müharibə çoxdan bitmişdi”

Ukraynaya dəstək məqsədilə yaradılmış "Könüllülər Koalisiyası" (Coalition des volontaires) ölkələri bu həftə Paris şəhərində videokonfrans formatında görüş keçirərək, Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə və beynəlxalq ictimaiyyətə birlik mesajı göndərməyə çalışıb. Görüş xüsusilə iki əsas adresata – Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampa siyasi mesaj xarakteri daşıyıb. Görüşdə iştirak edən təqribən 30 dövlətin nümayəndələri Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcəklərini ifadə ediblər.

Lakin azərbaycanlı siyasətçi Natiq Cəfərli hesab edir ki, koalisiya Ukraynaya real təhlükəsizlik zəmanətləri vermək fikrində deyil.

N.Cəfərli Medianews.az-a açıqlamasında deyib: “Dünya tarixində, ən azı son 3000-4000 ildə “təhlükəsizlik zəmanəti” anlayışının bircə izahı olub – hansısa dövlət (qədim, müasir, klassik, arxaik – fərq etməz) başqa bir dövlətlə bir yerdə düşmənə qarşı vuruşacaq, ölüb-öldürəcək ya yox, vəssalam. Başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur, ola da bilməz.

Parisdə növbəti dəfə yığışan “siyasi impotentlər” isə qəhrəman Ukrayna xalqı üçün vuruşmaqdan yenə də imtina etdilər, yəni Şimali Koreya qədər ola bilmədilər. Şimali Koreya Rusiya üçün vuruşmağa rəsmən əsgər göndərdi, öldü-öldürdü. Avropa isə bunu bacarmadı, istəmədi, çəkindi, qorxdu – Putin də bunları görür, iştahı daha da artır, Ukrayna xalqına, dövlətinə qarşı beynəlxalq cinayətlərini, işğalı davam etdirir.

Avropada iki-üç dövlət çıxıb, "biz Ukrayna dövləti ilə, beynəlxalq hüquqa uyğun, Rusiyanın Şimali Koreya ilə bağladığı müqavilə kimi hərbi ittifaq bağlayırıq, ora 200 min qoşun göndəririk" desəydi, dediyini edə bilsəydi, müharibə çoxdan bitmişdi...”

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun