Medianews.az
İkardinin sevgilisi ayrılıq
170 baxış

İkardinin sevgilisi ayrılıq qərarı verdi

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur.

Medianews.az xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub.

Gündəlik həyatda yaşanan fikir ayrılıqları, qısqanclıq səbəbindən baş verən mübahisələr və eyni evdə yaşamağın gətirdiyi gərginlik münasibətə mənfi təsir göstərib. Məlumata görə, bundan sonra Çina Suares münasibəti birdəfəlik bitirmək qərarına gəlib.

Qeyd edək ki, cütlük münasibətdə olduqlarını 2025-ci ilin əvvəlində açıqlamışdı./Lent.az

Bizə qoşulun