Medianews.az
Harri Keyn Peleni
78 baxış

Harri Keyn Peleni geridə qoydu

İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatları tarixində növbəti uğuruna imza atıb.

Medianews.az xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın 1/16 final mərhələsində Konqo Demokratik Respublikası ilə keçirilən görüşdə iki qol vuraraq mundiallardakı qol sayını 13-ə çatdırıb. Bununla da o, üçqat dünya çempionu Pelénin 12 qolluq göstəricisini geridə qoyub və eyni zamanda fransalı Jüst Fonten ilə eyni nəticəyə sahib olub.

Hazırda dünya çempionatları tarixinin bombardirlər siyahısına 19 qolla Lionel Messi başçılıq edir. Siyahıda həmçinin Kilian Mbappe (18 qol), Miroslav Klose (16 qol), Ronaldo (15 qol) və Gerd Müller (14 qol) da yer alırlar.

32 yaşlı Harri Keyn 2023-cü ilin avqustundan etibarən "Bavariya" formasını geyinir. O, bundan əvvəl uzun illər "Tottenhem"də çıxış edib.

83 qolla İngiltərə millisinin tarixinin ən məhsuldar futbolçusu olan Keyn, həmçinin Rusiyada keçirilən 2018-ci il dünya çempionatında 6 qolla turnirin ən yaxşı bombardiri adına layiq görülmüşdü.//Milli.Az 

Bizə qoşulun