Medianews.az
Deniz Göktaş tutuldu -
88 baxış

Deniz Göktaş tutuldu - FOTO

Türkiyəli stendap komediyaçısı Deniz Göktaş barəsində dini dəyərləri açıq şəkildə təhqir etmə ittihamı ilə aparılan istintaq çərçivəsində İstanbul Hava Limanında saxlanılıb.

Medianews.az xəbər verir ki, komediyaçının "Ölü Deniz" adlı stendap proqramında Qurani-Kərim və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.

Bundan sonra İstanbul Prokurorluğu onun barəsində "əhalinin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq şəkildə alçaltma" maddəsi ilə cinayət işi üzrə istintaqa başladıb.

Məlumata görə, bir müddətdir xaricdə olan Deniz Göktaş iyulun 2-də Türkiyəyə qayıdarkən pasport yoxlaması zamanı saxlanılıb.

Bildirilir ki, İstanbul Baş Prokurorluğu onun sosial şəbəkə hesablarında yayımlanan videoları araşdırdıqdan sonra həmin materiallarda cinayət tərkibinin ola biləcəyini əsas gətirərək istintaq başladıb.

Deniz Göktaş 1994-cü ildə Ankarada anadan olub. Orta Doğu Texniki Universitetində psixologiya ixtisasını bitirib, 2019-cu ildən stendap fəaliyyəti ilə məşğuldur. Onun "Selam Selam" adlı proqramı YouTube platformasında 6,5 milyondan çox izlənmə toplayıb. Son çıxışı "Ölü Deniz" isə iyunun 24-də yayımlanıb.

Medianews.az

 

Bizə qoşulun